Şou-biznes

"Bizim o qədər hit mahnılarımız olsaydı..." - “Şeron”dan etiraf - VİDEO - FOTO

10 Mart 2018 16:56
1 Şərh     Baxış: 1 446
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ARB Ulduz"un "Virtual həyat" verilişinin qonağı olan "Şeron" qrupu maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, içərisində evli cütlüklərə, toya, məclisə aid sözlərin bol olduğu mahnılardan istifadə edən müğənnilər bir yana, qrupun üzvləri heç vaxt bu amili nəzərə almadıqlarını söylədi:

"Bütün müğənnilər də bilir ki, bizim toydan heç vaxt şikayətimiz olmayıb. Biz heç vaxt toy üçün çalışmamışıq. Mahnı əgər xoşumuza gəlibsə, ürəyimizcə olubsa, biz həmin mahnını götürmüşük, sevə-sevə də oxumuşuq. İndiyə qədər hansısa mahnını məcburi şəkildə oxumamışıq. Hətta sifariş də olsa, mahnıya baxırıq, elələri var ki, əvvəli, axırı bilinmir. Elə bəstələr olub ki, bu mahnı "tutsa da", oxuya bilmərik demişik. Çünki bizə uyğun olmayıb".

Bəzi müğənnilərin yarızarafat, yarıcıddi şəkildə dilində əzbərə çevrilib ki, "Şeron" qrupu ayın 31 günü toydadır və onların payını əllərindən alır:

"Bu, bizlik olan bir şey deyil. Hər şey qismətdən asılıdır. Müğənnilər hit mahnılar ifa edə bilərlər. Əsas olan toyda özünü göstərmək, məclis yarıtmaqdır. Bu baxımdan ola bilər ki, kimsə yolunu tutub, kimsə tuta bilməyib. Bizim o qədər hitlərimiz olsaydı, biz günortalar da məclislərə gedərdik". 

"Şeron" qrupu ilə olan geniş müsahibəni bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz. 

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Bizim o qədər hit mahnılarımız olsaydı..." - "Şeron"dan etiraf

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.