Şou-biznes

"Açıq-saçıq geyinməyən müğənnilərdənəm" - VIDEO - FOTO

15 Yanvar 2018 14:23
19 Şərh     Baxış: 12 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əslində, qarderobuma nəzər salsaq və kliplərimə baxsaq, açıq-saçıq geyinməyən müğənnilərdənəm. Səhnə gözəlliyi, dəbəbəni sevir, avanqard stili sevir. Deməzdim, çox açıq-saçıq geyimlərim var. Şərt o deyil ki, açıq-saçıq geyinəsən. Əsas odur ki, zövqlü olsun. Zövqlü olanda hərtərəfli olur"

Milli.Az xəbər verir ki, bu sözləri "ARB Ulduz"un "Virtual həyat" verilişinin qonağı olan müğənni Leyla Ramazanlı deyib.

Kliplərində fərqli geyimlərdən istifadə edən müğənni stilist tövsiyələrinə öz zövqünü də əlavə etdikdən sonra fanatları qarşısına çıxır:

"Bu günə qədər olan kliplərimdə bir çox stilistlə çalışmışam. Təbii ki, stilistin fikirlərilə bərabər, sonda öz zövqüm də əsasdır. Çalışıram ki, ikisi bir yerdə olsun. Səhnə insanının, sənətçinin geyimi adi insanlardan mütləq fərqlənməlidir. Geyim, ümumiyyətlə, səliqəliliyi sevir, baxımlılığı, gözəlliyi sevir. Səhnədə yorğun olsan da, problemlərin olsa da, hər şeyi unudub gözəl görünməlisən". 

Leyla Ramazanlı ilə olan geniş reportajı bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz. 

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Açıq-saçıq geyinməyən müğənnilərdənəm" - Leyla Ramazanlı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.