Şou-biznes

Elşad Xose Oksananı döyüb saxlanıldı? - YENİLƏNİB

27 Oktyabr 2017 22:43
25 Şərh     Baxış: 20 064
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

22:43

Bu gün reper Elşad Xose Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu iddia ilə Qafqazinfo.az saytı çıxış edib. İddiaya görə, reperin saxlanılmasına keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulovanı döyməsi səbəb olub.

Milli.Az bildirir ki, yenicag.az saytına açıqlama verən cazibədar rəqqasə xəbəri təkzib edib:

"Bu cür sarsaq xəbərləri kim yayır, bilmirəm. Bayaqdan nə qədər adam zəng edib, dostlarım narahat olub. Çox əsassız söhbətdir. Axı Elşad məni niyə döyməlidir ki? Kim bu söhbəti hansı səbəbdən uydurub bilmirəm. Əsassız xəbərə də şərh bildirmək istəmirəm. Məni belə söhbətlərə qatmayın".

Qeyd edək ki, Elşad Xose ilə Oksana Rəsulova 5 il öncə ayrılıb. Cütlük boşansa da, mətbuatda hər zaman dost olduqlarını bildiriblər.

---------

22:14

Bu gün reper Elşad Xose Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, buna səbəb onun keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulovanın polisə şikayəti olub. Belə ki, rəqqasə polisə müraciət edərək Xose tərəfindən döyüldüyünü bildirib.

Qeyd edək ki, Elşad Xose il Oksana Rəsulova 5 il öncə ayrılıb. Cütlük boşansa da, mətbuatda hər zaman dost olduqlarını bildiriblər. Hətta bu yaxınlarda reper "Maşın" realiti şousunda iştirak edəndə Oksana ona baş çəkib, İnstaqram hesabında dəfələrlə onun üçün tamaşaçılardan səs də istəyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.