Şou-biznes

Diananın "Yaşıl teatr"dakı konsertində nələr baş verdi? - FOTOlar

15 İyul 2017 17:06
2 Şərh     Baxış: 1 347
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Eurovision" təmsilçimiz Diana Hacıyevanın (Dihaj) solo konserti baş tutub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Yaşıl Teatr"da keçirilən gecədə Dihaj əvvəlcə media nümayəndələrinin suallarını cavablandırıb.

Müğənni həmkarı Nigar Camalın onun haqqında dediklərinə münasibət bildirib. Nigarın "O, seksual deyil, gedib klublarda oxusun" sözlərinə əsəbiləşmədiyini deyən Diana klubda oxumağa normal yanaşdığını söyləyib:

"Nigarın fikrinə hörmətlə yanaşıram. Onun öz düşüncəsidir. Klubda oxumaq "zapadlo" zaddır bəyəm? İstəsəm klubda, istəsəm səhnədə oxuyaram. Musiqi mənim işimdir. Nigarla heç bir incikliyim yoxdur. Üz-üzə gəlsək, normal davranacam".

D.Hacıyeva daha sonra səhnəyə çıxıb və mahnılarını səsləndirib. "O səs Türkiyə"nin qalibi Elnur Hüseynov, İsfar Sarabski Diananı səhnədə tək qoymayıblar.

Gecəsində "Dihaj" qrupunun "TEOS"  adlı albomunun təqdimatı keçirilib.

Gecənin izləməyə gələnlər arasında sənət adamları da yer alıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.