17:05
Milli.Az bildirir ki, Kamil Zeynallı teleqraf.com-a açıqlama verib:
"Kişi klubu" verilişi qısa müddət davam edəcək. Mən istirahət etmək qərarına gəldim. İnşallah, sentyabrdan yeni verilişlə tamaşaçıların qarşısına çıxacağam. ATV-dən qovulmamışam. Hamısı cəfəngiyyatdır. Həmişə haqqımda boş söhbətlər yayırlar. Heç bir kreslo, vəzifə ömürlük deyil. ATV telekanalı ilə də münasibətim yaxşıdır".
--------
14:40
Milli.Az-a daxil olan məlumata görə "Kişi klubu" verilişinin aparıcısı Kamil Zeynallı ATV-dən gedib.
Belə ki, bazar günü efirə gedən verilişdə Kamilin yerinə ixtisasca həkim olan Cahid Şahbazov verilişi aparıb.
Qeyd edək ki, teleaparıcı son illər jurnalistlərlə qalmaqal yaşayırdı.
Əli Rəhimoğlu
Milli.Az