Şou-biznes

Flora Kərimova qızından danışdı - FOTO

30 Mart 2016 21:07
18 Şərh     Baxış: 10 934
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"39 yaşında ana olmuşam"

Xalq artisti Flora Kərimova ayrı düşdüyü qızı Zümrüddən danışaraq kövrəlib. Sənətkar qızını ana görmək üçün səbirsizlənir. O bu haqda Milli.Az-a açıqlama verib:

"Övladlarım üçün çox darıxmışdım, bu günlərdə Almaniya səfərində onları gördüm. Qızımla görüşə bilməyəndə isə tez-tez internetlə danışırıq, bolluca qeybət edirik (gülür). Bir bilsəniz ki, nələr danışırıq. Övladlarım mənim baş ucalığımdır. İndi ən böyük arzularım Zümrüdlə bağlıdır. Ondan danışanda istər-istəməz kövrəlirəm (kövrəlir). Qızımı ana görmək üçün səbirsizlənirəm, sonra öz-özümə təskinlik verirəm. Hələ də gec deyil, çünki mən 39 yaşımda ana olmuşam. Çox istərdim ki, toppuş bir qız nəvəm olsun, yanaqlarından, üzündən onu çimdikləyim. Əgər bu arzum yerinə yetməsə, mənim üçün faciə ola bilər. İnanıram ki, arzum yerinə yetsə, gözümün yaşı tamam quruyar".

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.