Şou-biznes

Xalq artisti: "Özümü 26-27 yaşda hiss edirəm"

27 Dekabr 2014 10:22
1 Şərh     Baxış: 1 145
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Faiq Ağayev 29 dekabrda baş tutacaq ad günü ilə bağlı "Star life"a açıqlama verib
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, xalq artisti özəl gününü yalnız doğmalarının və ona əziz olan insanların əhatəsində keçirməyi planlaşdırır.
 
"İki gündən sonra pasportda 43, psixoloji isə 56-60 yaşım tamam olacaq. Özümü isə 26-27 yaşda hiss edirəm. Şükürlər olsun ki, həyatımda bir çox istəklərimi həyata keçirmişəm. 

Ad günümü böyük şəkildə keçirtmək istəmirəm. Çünki bütün fikirlərim qonaqlarımda qalır. Axı bu, mənim ad günümdür. Mən düşünməməliyəm ki, dəvət olunanlara  yetərincə qulluq etdirlərmi?
 
Özəl günümü kiçik sayda heyətlə keçirməyi xoşlayıram. Maksimum onların sırasına yeniləri daxil ola bilər. Əgər köhnələri dəyişsə, deməli, belə də məsləhətdir. Zamanın sınağından üç dostum keçib. Hazırda onlar da yanımdadılar".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.