E.Seyidcahan iddia edib ki, Allah ona bu və ya digər yolla informasiya ötürür: "Bəzən yolda gedirəm və görürəm ki, zahirən eybəcər bir insan kənarda dayanıb. Öz-özümə deyirəm ki, "Nə olsun, bəlkə də onun içində bir aləm var?". O dəqiqə içimdə bir titrətmə olur. Allah da cavab verir ki, "Hə, sən düz tutdun". Bəzən nəyisə arzu edirəm, Allah mənə cavab verib deyir ki, "Hə, bax sən məni anladın". Hərdən fikirləşirəm ki, Allaha yazdığım məktubları dənizə atım, amma sonra deyirəm ki, "yox, atmayacam". Bu da bir tarixdir. Sabah kimsə inanmaz, göstərərəm. Allaha yazdığım məktublara indi bir çox rejissorlar ssenarilər yazmağa başlayıblar. Artıq bununla bağlı böyük bir layihə də həyata keçiriləcək. Tam açıqlamaq istəmirəm".
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.




