Şou-biznes

Günay Musayeva siyasi filmə çəkilir

19 Oktyabr 2014 12:21
1 Şərh     Baxış: 1 984
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva prezident Rəcəb Tayyib Ərdoğanın nazirlik dövründən bəhs edəcək filmdə rol alacaq.

Qafqazinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, "17 dekabr əməliyyatları"ndan bəhs edəcək "Kod adı K.O.Z" adlı filmdə Ərdoğanı Orhan Kılıç canlandıracaq.  Filmdə eyni zamanda Hazım Körmükçü, Tolga Karel, Hakan Ural, Günay Musayeva da rol alacaqlar. Baş rollardan birini ifa edəcək Musayeva Məryəm obrazını canlandıracaq. 

Qeyd edək ki, noyabrda çəkilişləri başlayan film fevralda nümayiş olunacaq. 

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.