Şou-biznes
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aktyorların avtomobilləri: Raket daşıyan maşını kim sürüb? - FOTO
15 Sentyabr 2014 12:37
0 Şərh
Baxış: 3 747
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az aznews.az-a istinadən sənət adamları arasında maliyyə durumu aşağı olan teatr aktyorlarının avtomobilləri ilə maraqlandıq.
"Basabas məni öldürür"
Əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov sorğumuzu eşidər-eşitməz dərdi açıldı: "Vallah yaramı qopartdın. Nə maşınım var, nə də sürə bilirəm. 70 yaşım var, hələ də avtobus və metrolardayam. Ölürəm, basabas məni öldürür. Yubileyimdə yaxın dostlardan biri sual verdi ki, Şeyx nə istəyirsən? Dedim vallah bu yaşdan sonra maşınım olsa, əla olar. Bəlkə, mən də ağ günə çıxıb ayaqqabılarım tapdanmaz, pencəyimə, köynəyimə dodaq dəyməz, kimsə məni qucaqlamaz. Yoxdur da neyləyim. Yoxluğun üzü qara olsun".
Məleykə Əsədovanın "Maserati"si - 200 min manat
Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədova isə 200 minlik avtomobildə gəzir: "Mənim "Maserati" markalı avtomobilim var. Qiyməti 200 min manatdır". Xalq artistinin avtomobilinin dövlət nömrə nişanı da bahalıdır, "10-ZN-777" - 10 min manata alıb.
"Avtobusla toqquşdum"
Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Zemfira Nərmanova isə maşın arzusunda deyil: "3 il bundan əvvəl "Nissan" markalı avtomobilim vardı. Yol getdiyim yerdə neçə tonluq avtobus gəlib, özünü çırpdı mənim maşınıma. Düşdük məhkəməyə. İki il məhkəmə prosesi oldu. Nəhayət, mən sübut elədim ki, günah avtobus sürücüsündə olub. İndi iki ildir ki, məhkəmənin mənə kəsdiyi pulu avtobusun məxsus olduğu şirkətdən ala bilmirəm. Odur ki, qorxumdan daha maşın həvəsində deyiləm. Qorxuram. Rahat və salamat şəkildə gedib gəlirəm, mənə maşın lazım deyil".
Aktrisanın 14 minlik balaca maşını
Bakı Bələdiyyə Teatrının aktrisası, əməkdar artist Hüsniyyə Mürvətovanın balaca bir maşını var: "Balaca bir maşınım var - "Hundai Gets". 14 minə almışam".
Rejissorun maşın sirri
Aktyor, ssenarist, rejissor Sərxan Kərəmoğlu idarə etdiyi avtomobilin adını desə də, qiymətini gizli saxladı: ""Mini cooper S". Amma qiymətini deməyəcəm".
"Birtəhər idarə edirəm"
Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Tofiq Hüseynov isə "Opel Zafira" markalı avtomobil idarə edir: "4500 manata almışam. Birtəhər idarə edirəm".
Kamran Yunus "190" sürür
Aktyor Kamran Yunus da sükan arxasında özü oturur. O deyir ki, maşın sürməkdən xoşu gəlir: ""Mercedes Benz 190". 8 min dollara almışdım".
"Raket daşıyan maşın sürmüşəm"
Bakı Uşaq Teatrının direktoru İntiqam Soltanın fikrincə o, peşəkar sürücüdür: "Әvvәla deyim ki, mәn peşәkar sürücüyәm. Hәrbi avtomobil mәktәbini bitirmişәm. Hәrbidә raket daşıyan maşın sürmüşәm (bu avtomobillәri hәr sürücüyә vermirlәr). Avtomobil mәktәbindә 3 ay oxuyub әla qiymәtlәrlә bitirmişәm. Hәtta hәrbidә hәvәskar avtomobil yarışlarında iştirak elәmişәm. Bu illәr әrzindә bircә dәfә - qәzadan qaçmaq istəyərkən maşını aşırmışam. O da qarşı tәrәfdәki sürücünün günahı ucbatından. Bakıda 20 ilә yaxındır ki, avtomobil idarә edirәm, indiyә qәdәr heç 10 dәfә qayda pozmamışam. Mәncә qaydalar körpә uşağa bәnzәyir. Onu incitmәk olmaz. Mәnim oxuduğum mәktәb o zaman SSRİ- dә nümunәvi mәktәb statusu almışdı. Sürücülük vәsiqәmdә bütün kateqoriyalar var. Motosikldan tutmuş, qoşqulu yük maşınlarına qәdәr. 25 ildir ki, şәxsi arabam var. Markaları: Ardıcıl olaraq dәyişmişәm. 1) Zaparojets .2) Jiquli-011. 3) lada 099. 4) Opel. 5) Honda SRV. 6) PRADO".
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Mehmet Ali Erbilin son halı müzakirə yaratdı - (Foto)
-
Məşhur türk serialı ilə bağlı qərar verildi
-
63 yaşlı Seda Sayan filtrsiz görüntüsü ilə gözəlliyini sübut etdi - (Video)
-
Polad Bülbüloğlunun yeni həyat yoldaşı əməkdar artist imiş - (Fotolar)
-
Aftandil İsrafilovun villası fantastik qiymətə satışa çıxarıldı
-
Timati 100 uşaq istəyir - (Foto)
XƏBƏR LENTİ
-
Xırdalanda 1 yaşlı körpə 7-ci mərtəbədən yıxılaraq öldü
-
Pulunu dollara dəyişmək istəyənlərin diqqətinə
-
Müller və komanda yoldaşları atışıb Portuqaliya klubunu aldılar
-
Bakıda 19 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürdü
-
Avqustun son günlərində pulları artacaq 3 bürc - Siyahı
-
Tələbə yataqxanası niyə biznesə çevrilə bilmir? - ARAŞDIRMA
-
Mehmet Ali Erbilin son halı müzakirə yaratdı - (Foto)
-
Bu gün Naxçıvanda qaz olmayacaq
-
Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi - Kamaləddin Qafarov
-
Rahim Sterlinq həbs oluna bilər
-
Bakıda yanğın: 36 yaşlı kişi öldü - (Video)
-
Məşhur türk serialı ilə bağlı qərar verildi
-
Niderlandlı ulduz "Beşiktaş"a transfer olundu
-
Koçaryanın oğlu həbs olundu
-
“Dizim ağrıyır, yağış yağacaq” - Bu, doğrudanmı mümkündür?
-
63 yaşlı Seda Sayan filtrsiz görüntüsü ilə gözəlliyini sübut etdi - (Video)
-
Səhv karta göndərilən pul necə geri alınır?
-
Polad Bülbüloğlunun yeni həyat yoldaşı əməkdar artist imiş - (Fotolar)
-
Millimiz bu gün Belçika ilə qarşılaşacaq
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
"Sabah"ın hücumçusundan qələbə açıqlaması: “Heç vaxt təslim olmuruq”
-
İslamabadda xəstəxanada dəhşətli yanğın: 14 körpə öldü
-
Aftandil İsrafilovun villası fantastik qiymətə satışa çıxarıldı
-
Bu gün bir sıra rayonlarda işıq olmayacaq