Şou-biznes

İlhamə Quliyeva "Onur"landırıldı

17 İyul 2014 17:12
9 Şərh     Baxış: 1 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti İlhamə Quliyeva "Qafqaz - Media" İctimai Birliyinin təsis etdiyi "ONUR" mükafatına layiq görülüb

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda müğənninin mətbuat katibi Faiq Ələkbərov bildirib:

"Sənətkara bu mükafat milli mətbuatımızın yaranmasının 139-cu ildönümü münasibəti ilə Azərbaycan musiqisini bütün dünyada yüksək səviyyədə təbliğ etdiyinə və sənət bayrağımızı daim ən uca zirvələrdə dalğalandırdığına görə verilib. İlhamə Quliyeva onu bu mükafata layiq görən adıçəkilən birliyin sədri hacı Azadə Taleh Abbasqızıya və zəhməti olan hər bir kəsə təşəkkürünü bildirir".


Xatırladaq ki, qeyd olunan mükafat fəaliyyət göstərdikləri sahələrdəki böyük uğurlarına görə millət vəkilləri Qənirə Paşayeva, Jalə Əliyeva, xalq artisti Amaliya Pənahovaya və ölkənin bir sıra KİV-ində çalışan peşəkar jurnalistlərə də verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.