Şou-biznes

Məşhur müğənni Azərbaycanın qonağı olacaq

17 İyul 2014 10:07
0 Şərh     Baxış: 1 723
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur müğənni İnna Azərbaycanın qonağı olacaq

Milli.Az anspress.com-a istinadən xəbər verir ki, dünyaca tanınmış rumıniyalı müğənni İnna Azərbaycanda konsert proqramı ilə çıxış edəcək. Müğənninin çıxışı iyulun 28-də Şamaxıda yerləşən dəbdəbəli otellərdən birində baş tutacaq.

Bu haqda "High Life Fashion & Model Academy"nin direktoru Aqil Məmiyev məlumat verib. Onun sözlərinə görə, "Miss Eurovision of Azerbaijan" gözəllik müsabiqəsinin final gecəsi də 27-29 iyul tarixlərində keçiriləcək. Müsabiqənin münsif heyətində ölkənin ən populyar müğənni və sənət adamları yer alacaq və eləcə də konsert çıxışları olacaq. Üç gün davam edən konsert və əyləncə günlərində yerli ulduzlardan "Dostlar" qrupu, Aysel ƏlizadəSofiya Şah da səhnəni İnna ilə bölüşəcək.

Qeyd edək ki, 27 yaşlı müğənni səhnəyə ilk dəfə "Hot" adlı albomu ilə çıxıb. İnna həmin albomu ilə Rumıniya, Moldova, Bolqarıstan, Polşa, İspaniya, Rusiya, Macarıstan və Yunanıstanın musiqi siyahılarında uzun müddət birinci sırada yer alıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.