Şou-biznes

Amaliya Pənahova: "Gecə saat 12-dən sonra..."

21 Aprel 2014 13:15
5 Şərh     Baxış: 2 233
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər xarici görünüşü ilə mətbuatın gündəmindən düşməyən xalq artisti Amaliya Pənahova qida rejimindən danışıb.

Milli.Az aznews.az-a istinadən xəbər verir ki, tanınmış aktrisa televiziya çıxışında heç vaxt pəhriz tutmadığını bildirib:

"Heç vaxt pəhriz saxlamamışam. Həyat yoldaşım sağ olanda gecə saat 12-dən sonra oturub yemək yeyirdik. Çünki radioda işləyirdi, evə gec gəlirdi. O gələndən sonra oturub iştahla istədiyimi yeyirdim. Heç vaxt özümə yeməklə bağlı qadağalar qoymamışam".

Aktrisa son günlər mətbuatın gündəmində olmasından da danışıb və qələm əhlindən gileylənib: "Bəzi dırnağarası jurnalistlər haqqımda nə gəldi yazırlar, heç fikir vermirəm də".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.