Şou-biznes

Fidan Hacıyevanın "Sevgili canan"ı - FOTOSESSİYA

21 Aprel 2014 10:05
3 Şərh     Baxış: 1 549
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın əməkdar artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva aprelin 19-da Heydər Əliyev Sarayında solo-konsert proqramı ilə çıxış edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "Sevgili canan" adlanan konsertdə F.Hacıyevanı Opera və Balet Teatrının Simfonik Orkestri müşayiət edib. Konsertin repertuarında operanın sintezi və pop-caz qrupunun birləşməsi əks olunub.

Konsertdə çıxış edən F. Hacıyeva klassik musiqini sevən, qiymətləndirən tamaşaçıların onunla bir yerdə olmağından məmnun olduğunu bildirib. Konsertə dirijorluğu Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Cavanşir Cəfərov edib.
  

Əməkdar artist repertuarında olan Azərbaycan və dünya klassik musiqi nümunələrindən parçalar səsləndirib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.