Şou-biznes

Aygün Kazımova vətənə dönər-dönməz dostlarını başına yığdı - YENİLƏNİB - FOTO

18 Aprel 2014 11:18
4 Şərh     Baxış: 1 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir müddətdir Türkiyədə olan xalq artisti Aygün Kazımova vətənə qayıdıb

11:18

Yaradıcılıq fəaliyyətini Türkiyədə davam etdirən xalq artisti Aygün Kazımova vətənə dönüb. "Qafqazinfo"ya daxil olan açıqlamasında xalq artisti Azərbaycandakı işlərini qaydaya saldıqdan sonra qardaş ölkəyə yollanacağını bildirib:

"Hazırda vətənimdəyəm, buradakı işlərimi yoluna qoymaq üçün qayıtmışam. İşləri hər iki ölkədə davam etdirmək çətin olsa da, mən bundan məmnunam. İşlərim ürəyimcə alınanda nə çətinlik, nə də yorğunluq hiss edirəm. Bir neçə gün sonra Türkiyəyə qayıdacam. Bilirsiniz ki, aprelin 22-si  ""Coffee from Colombia" albomum işıq üzü görəcək. Mahnılarım Türkiyənin bütün telekanallarında səslənəcək. İnşallah, gələcəkdə qarşınıza daha böyük layihələrlə çıxacam".

---------
09:41

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni gələr-gəlməz dostları ilə görüşüb.
 
Onlar arasında söz yazarı Azər Şirin, müğənni Elçin Cəfərov, rejissor Aynurə Səmədova və "Müleyli" şousunun aparıcısı Kazım Sübhan olub. Şam yeməyinə çıxan dostlar söhbət edib, birlikdə bol-bol əyləniblər.

Qeyd edək ki, Aygün Kazımova iki gün sonra yenidən qardaş ölkəyə yollanacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.