Şou-biznes

Ayan Babakişiyeva: "Bilirəm, səbirsizliklə mənim yıxılmağımı gözləyirlər"

12 Aprel 2014 14:50
38 Şərh     Baxış: 8 682
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yenicə ana olan müğənni Ayan Babakişiyeva bu gün 25 yaşına qədəm basır

Sənətçimiz aktual.az-la təəssüratlarını bölüşüb: "Çox gözəl əhval-ruhiyyədəyəm, dostlarım mənə sürpriz edib məclis təşkil edirlər. Doğum günü məclisi iki ayrı məkanda olacaq. Digər doğum günü partisi gecədən səhərə qədər davam edəcək. Dostlarım o qədər çoxdur ki, iki məclis keçirmək məcburiyyətində qaldıq".

Müğənninin hazırda Türkiyədə çalışan qardaşı da yanında olacaq: "Bilirsiniz ki, qardaşım Samirlə əkizik, eyni gündə doğulmuşuq. O da Türkiyədən buraya, mənim yanıma gəlib. Hamılıqla əylənəcəyik".

Ayan Babakişiyeva sonda "üzrxahlıq" etməyi də unutmayıb: "Düşmənlərimdən üzr istəyirəm, onları hələ çox intizarda saxlamalı olacağam. Bilirəm, səbirsizliklə mənim yıxılmağımı gözləyirlər. Amma inciməsinlər, məndə həyat yaxşıdan lap yaxşıya doğru davam edir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.