Şou-biznes

Mustafa Sandal: "Bakı daha gözəl və müasir olub" - MÜSAHİBƏ - FOTO

7 Aprel 2014 13:41
0 Şərh     Baxış: 1 327
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu günlərdə Bakıda olan tanınmış türkiyəli müğənni Mustafa Sandal Lady Day.Az-a müsahibə verib. Milli.Az Day.Az saytına istinadən müsahibəni ixtisarla təqdim edir.

- Mustafa, siz çoxdandır Bakıda olmamısınız? 

- Çoxdan demək olmaz. Bu mənim şəhərə üçüncü səfərimdir. Açığnı deyim, mən elə də tez-tez xarici ölkələrə gedə bilmirəm. İşlərim çoxdur deyə bütün vaxtımı alır. Hətta istirahətə də vaxt qalmır. Çox sevinirəm ki, yenidən sizin şəhərə konsert vermək ilə şərəfləndim. Şəhər çox dəyişib. Daha gözəl və müasir olub. Bu dəfə şəhərdə gəzə bilməyəcəm. Çünki konsertdən dərhal sonra Türkiyəyə qayıdıram. 

- Nəyə görə ailənizi Bakıya gətirmədiniz? 

- Təəssüflər olsun ki, bu dəfə ailəmi özümlə gətirə bilmədim. Açığı, mənim oğullarım buraya gəlməyi çox istəyirdilər. Ancaq gətirə bilmədim. Çünki böyük oğlum məktəbə gedir. Balacası isə öz balaca maşınları ilə məşğuldur. O qədər şey sifariş ediblər ki, hələ də fikirləşirəm ki, onları haradan alım. Mağazaları gəzməyi xoşlamıram, ancaq getməli olacam. Çünki onlar məndən hədiyyələr gözləyirlər. 

- Bəs həyat yoldaşınız? 

- (gülür) O da gözləyir. Onun da indi gərgin qrafiki var. Bu günlərdə "X-Faktor" layihəsində iştirak edib. Buna görə də danışmağa vaxtımız olmayıb. İndi isə demək olar ki, hər gün konsertlər verir. Onun cəmi 2-3 boş günü olub. Həmin günləri mənimlə birgə Bakıda keçirmək istəyirdi. Hələ də Bakıda olmayıb. Ona görə də görmək istəyirdi. Ancaq mən onu fikrindən daşındırdım. Çünki heç olmasa bir neçə gün istirahət etməlidir. Gələn dəfə mütləq birlikdə gələcəyik. 

Müsahibənin davamını bu keçiddən rus dilində oxuya bilərsiniz. 

Milli.Az 


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.