Şou-biznes

Elnur Məmmədov: "İnanmağınız üçün oxuyum burada?"

7 Aprel 2014 13:07
4 Şərh     Baxış: 1 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ATV kanalında yayımlanan "Nə varsa" verilişinin növbəti mövzusu "sosial şəbəkələr" olub
Verilişdə qonaq qismində iştirak edən Elnur Məmmədov sosial şəbəkələrin müsbət və mənfi tərəflərinə toxunub.

"Qürbətdə yaşayan həmyerlilərimizlə, yaxud da xarici vətəndaşlarla ünsiyyət qurmağımıza birəbir yardımçı olur. Mənfi tərəfi də odur ki, xoşagəlməz sözlərlə qarşılaşa bilərik. Dostluğumda olan yüzlərlə istifadəçi salam verir, onların hər birinə cavab vermək qeyri-mümkündür. Onda da başlayırlar insanı qınamağa.

Sənətçi, həmçinin adına açılan feyk səhifələrdən də söhbət açıb.

"Adımıza o qədər səhifələr var ki, istifadəçilər də çaş-baş qalır. Çox vaxt soruşurlar ki, həqiqətənmi özünüzsünüz? Onda  "İnanmağınız üçün oxuyum burada?" deyə cavab verirəm".

Verilişdə qonaq  qismində, həmçinin ilahiyyatçı Təyyar Hüseynli, hüquqşünas Şəfiqə Nağıyeva, aparıcı Azər İsmayılov  və müğənni Elariz Məmmədoğlu  iştirak ediblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.