Şou-biznes

Röya: "Hamısını orada gözləyirəm ki, nəfəsləri, sevgiləri ilə gəlib məni isitsinlər"

7 Aprel 2014 11:31
5 Şərh     Baxış: 1 312
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Röya Ayxan yenə də iddialı açıqlamaları ilə diqqət mərkəzinə düşüb
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Onlar" verilişinə müsahibəsində Moskvada baş tutacaq konsertindən danışaraq özünü birinci adlandırıb:

"Bundan əvvəl "Crocus City Hall"da konsertim olmuşdu. O mənim üçün sadəcə məşq idi. Nəyəsə birdən nail olmağı xoşlamıram. İstəklərimi yavaş-yavaş əldə edirəm. Əgər arzularına sürətli şəkildə çatırsansa, onu tez itirirsən. Bu səbəbdən indi çox güclüyəm.

Kreml sarayındakı konsertin də öhdəsindən gələcəyimə əminəm. Deyirlər, həmin zal çox böyük və soyuqdur. Tamaşaçılarımın hamısını orada gözləyirəm ki, nəfəsləri, sevgiləri ilə gəlib məni isitsinlər. Moskvaya dörd gün əvvəlcədən gedəcəyəm. Məşqlərin əsas hissəsi burada aparılıb".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.