Şou-biznes

"Üç ildə artıq 30 dəfədir ki, haqqımızda boşanma xəbərləri çıxıb"

7 Aprel 2014 09:30
3 Şərh     Baxış: 2 296
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"10LAR" verilişi son zamanlar istər yerli, istərsə də Türkiyə şou-biznesində cütlüyün haqqında gəzən boşanma xəbərlərini də aydınlaşdırıb.

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, Günay Musayeva haqlarında gəzən ayrılıq xəbərlərdən artıq bezdiyini, bu şayiələrə nöqtə qoymaq istədiyini deyib.

"Bu maqazin proqramları o qədər yalan-yanlış xəbərlər yayır ki, hətta rəfiqəm və onun nişanlısı ilə birlikdə konsertə getmişdik. Rəfiqəmin nişanlısı ilə belə birlikdə olduğumuz xəbərlərini yaymışdılar. Üç ildə artıq 30 dəfədir ki, haqqımızda boşanma xəbərləri çıxıb. Artıq o zəmanəyə gəlmişik ki, boşanana yox, boşanmayan cütlüklərə təəccüblə baxırsan".

Günay, bütün söz-söhbətlərə beləcə aydınlıq gətirib, hazırda "Survivor " yarışmasında iştirakını davam etdirən Tolga Karelin yolunu səbirsizliklə gözləyir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.