Şou-biznes

Namiq Qaraçuxurlu: "Aramızda sevgi münasibəti ola bilməz"

5 Aprel 2014 12:49
8 Şərh     Baxış: 2 736
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Meyxanaçı Namiq Qaraçuxurlu "Toy gecəsi" serialında tərəf müqabili olan müğənni Aygün Rəhimovadan söhbət açıb
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, açıqlamasında meyxanaçı Aygün Rəhimovanın aktrisalıq qabiliyyətini bəyəndiyini bildirib:

""Toy gecəsi" serialına yeni Ləman obrazı qatılıb. Aygün Rəhimova  televiziyada təcrübəsi olan insandır, işinin öhdəsindən də çox gözəl gəlir. İnanıram ki, hər şey yaxşı olacaq. Aygün çox gözəl və səmimi qızdır. Lakin aramızda sevgi münasibəti ola bilməz.

Burada iş kollektividir, başqa münasibətdən söhbət gedə bilməz. Tamaşaçılardan biri bizi yaraşdıracaq, biri haqqımızda danışacaq. Mən haqqımızda yayılacaq dedi-qodulara hazıram, bu cür hallara artıq öyrəşmişəm, başıma tez-tez gəlir. Düşünürəm ki, mənə pis təsir etməyəcək və əsəbləşməyəcəm".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.