Şou-biznes

Oksana Rəsulovanın ailəsində faciə

2 Aprel 2014 18:45
24 Şərh     Baxış: 17 224
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rəqqasə Oksana Rəsulovanın Azərbaycan və Türkiyənin birgə layihəsi olan "Acıtan yürek" filminin təşkilatçıları tərəfindən aldadıldığı iddiası ilə məhkəməyə müraciət etdiyi haqda xəbər vermişdik.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gün iddia əsasında məhkəmə prosesi keçirilib. Bu haqda rəqqasə əməkdaşımızla söhbətində məlumat verib. O, məhkəmə prosesinin baş tutduğunu, lakin ailəsində faciə baş verdiyi üçün məhkəmədə iştirak edə bilmədiyini bildirib:

"Ötən gün "Acıtan yürek" filminə görə məhkəmə prosesi keçirilib. Ailəmizdə faciə baş verib. Dayım rəhmətə getdiyi üçün məhkəmədə iştirak edə bilmədim. Hazırda çox üzgünəm, çətin vəziyyətdəyəm, güclə danışıram. Məhkəmə prosesi başqa günə keçirilib, vaxtını bilmirəm, bu haqda zəng edib məlumat verəcəklər. Bu işin axırına çıxacam, heç nəyi belə qoymayacam. Günahkarlar, yalançılar cəzasını alacaq, məşhur simaların adından istifadə etdiyinə görə serial təşkilatçıları cavab verəcəklər".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.