Şou-biznes

Aygün Kazımova Nadiri müdafiə etdi: "Əl çəkin ondan!"

2 Aprel 2014 17:28
68 Şərh     Baxış: 7 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xalq artisti Aygün Kazımova müğənni Nadir Qafarzadəni müdafiə edib
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Nadir Qafarzadənin ətrafında baş verən qalmaqallar müğənnini əsəbiləşdirib. 106.3 FM-də yayımlanan "Müleyli" şousuna telefonla qoşulan Aygün Kazımova bunları deyib:

"Nə vaxta qədər mərdi qova-qova namərd edəcəyik? İnsan düz danışırsa, niyə pis olmalıdır? Gərək çıxıb efirdə ikiüzlülük edək, minsifət olaq ki, bizi başa düşsünlər? Nadir üzr istədi. Əl çəkin ondan! İndi efirdən düşməyənlər, Hüseyn Dəryaya dost deyənlər sağlığında harada idilər? O, pis vəziyyətdə olanda niyə yanında bir dostu yox idi?

Pərəstişkarları ona indi dəyər verir. Sağlığında, Hüseynin ehtiyacı olanda  bu qayğını göstərəydiniz də! Yazıq Hüseynin hələ qırxı çıxmayıb. Nə istəyirsiniz ondan? Qoyun ruhu şad olsun da! Efir xatirinə onun adından istifadə edib, özünü mələk cildinə salanlar, bəsdirin! Nadirə artist deyirlər. Artist elə onların özləridir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.