Şou-biznes

Nadir Qafarzadə Hüseyn Dəryanın ruhundan üzr istədi

2 Aprel 2014 16:58
119 Şərh     Baxış: 11 983
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Nadir Qafarzadə 106.3 FM-də yayımlanan "Müleyli" şousuna telefonla qoşularaq dünyasını dəyişmiş reper Hüseyn Dərya ilə bağlı dediklərinə aydınlıq gətirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Ölüb, cəhənnəmə ölsün!" ifadəsinə görə üzr istəyib:

"Hüseyn Dərya ilə həyatda ikən tanışlığım olmayıb. Onun kimi insanlardan qaçmışam. Bunu pis mənada demirəm. Bizim yaşam tərzimiz fərqli idi. Onunla bircə dəfə üz-üzə gəlmişəm. Sumqayıt televiziyasında qonaq idim, içəri pis geyimdə biri girdi. Məndən pul istədi, verdim. Çıxandan sonra soruşdum ki, bu kimdi? Dedilər: Hüseyn Dərya. Pis oldum. Düzdü, onun haqqında "Ölüb, cəhənnəmə ölsün!" ifadəsini demişəm. Amma məni bu həddə Hüseynin pərəstişkarları çatdırdı! Onlar məni qalmaqala sürüklədilər! Dediyim sözün arxasında dururam. O pərəstişkarlardan soruşmaq istəyirəm, bu vaxta qədər harda idiniz? Niyə Dəryaya lazım olanda yanında deyildiniz? İnsan öləndən sonra necə qiymət verirmişlər?! Özümü Hüseynin ruhu qarşısında günahkar hiss edirəm. Onun ruhundan üzr istəyirəm, başqa heç kimdən".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.