Şou-biznes

Anası Aynişanın fəaliyyətindən danışdı - FOTO

2 Aprel 2014 15:35
Baxış: 3 108
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Aybəniz Haşımova yaradıcılıq işlərindən söz açıb

Milli.Az lent.az-a istinadən xəbər verir ki, müğənni "Xalq ulduzu-1" yarışmasının iştirakçısı olan Vəli Səfərovla ifa etdiyi "İntizar nəğməsi" adlı mahnısına klip çəkdirir:

"Sözləri Südabə Şəfaya, musiqisi Nüşabə Muradovaya məxsus olan bəstənin klipinin ilk çəkiliş günü oldu. Çəkilişləri davam edən klip on beş günə hazır olacaq".
 
A.Haşımova sonra qızı Aynişan Quliyevanın yaradıcılığından danışıb:

"Biz çəkdirdiyimiz klip başa çatdıqdan sonra Aynişanın ifa etdiyi, musiqisi dahi bəstəkar Oqtay Kazimiyə, sözləri millət vəkili Qənirə Paşayevaya məxsus "Ağla mənim üçün, bu şəhər və sən" mahnısına klip çəkiləcək. Klipin quruluşunu isə Ramin Asimoğlu verəcək. Allahın izni ilə hər iki klipin yüksək səviyyədə alınacağına inanıram".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.