Şou-biznes

"Röyaya nə salam verirəm, nə də salamını alıram"

2 Aprel 2014 14:16
7 Şərh     Baxış: 2 406
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Niyam Salami ötən gün yayımlanan "Şou+" verilişinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi müğənni Röya ilə aralarında olan küsülülüyə aydınlıq gətirib:

"Röya ilə ciddi davamız olmayıb. İnciklik var, indi danışmırıq. Röyaya nə salam verirəm, nə də salamını alıram. Bəziləri deyirlər ki, guya mən Aygün Kazımova ilə yaxın olduğum üçün Röya məndən inciyib. Amma bu, yalandır. Heç bir müğənni məni sığortalamayıb.

Röya da deyə bilməz ki, sən mənlə dostsan, heç kimlə salamlaşma. Hər bir dost arasında belə inciklik ola bilər. Ailədə də söz-söhbətlər yaşanır. Tezliklə münasibətimiz yoluna düşəcək".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.