Şou-biznes

Azərbaycanlı müğənninin anasını ürəyindən əməliyyat edirlər

2 Aprel 2014 13:48
3 Şərh     Baxış: 1 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Gənc müğənni Afaq Aslan mart ayının son günləri prodüser Sultan Mustafayevin təşkil etdiyi konsert proqramında çıxış etməli idi
Milli.Az-ın məlumatında görə, Almaniyanın Hannover şəhərində və Niderland Krallığında həmyerlilərimiz üçün konsert proqramında çıxış etməli olan Afaq Aslan son anda imtina edib. Səbəbi isə anasının səhhəti ilə bağlayır. Müğənni açıqlamasında çətin günlər yaşadığını dilə gətirib:

"Anam ürəyindən əməliyyat olunur. Həkimlər deyir ki, vəziyyəti qənaətbəxş deyil. Ürəyində bir neçə damar tutulub. Bu gün açıq ürək əməliyyatına girəcək. Məhz bu səbəbə görə heç bir konsert haqda düşünə bilməzdim".

Afaq onu da açıqlayır ki, anasının səhhəti haqda açıqlama vermək məcburiyyətində qaldı: "Əslində mən istəməzdim oxuculara bu cür xəbər çatdırım. Amma bilirəm ki, bəzi adamlar konsertdə çıxış etməməyimə başqa səbəblər gətirirlər. Mən də tam aydınlıq gətirmək üçün ailəmdə baş verənləri mətbuata çıxartmalı oldum. O konsertdə çıxış etməməyimin yeganə səbəbi anamdı. Onu qoyub gedə bilməzdim.

Bir an belə yanından ayrılmaq istəmirəm. Anama çox bağlıyam və hər kəsdən xahiş edirəm ki, həyatımın çətin dönəmində başqa söhbətlər danışmasınlar. Mən Sultanın təşkil etdiyi növbəti konsertdə çıxış edəcəyəm. Bu da Allah qoysa, may ayına təsadüf etməlidir. Allah bütün xəstələrə şəfa versin".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.