Şou-biznes

Aygün Kazımova Günay İbrahimlini ağlatdı

2 Aprel 2014 14:44
5 Şərh     Baxış: 2 532
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Günay İbrahimli bəstəkar Ramal İsrafilovun müəllifi olduğu "Biletini alma" mahnısından danışıb
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi Ramalın "Mahnını Günay üçün yazmışdım. Amma qonorara görə oxumadı" sözlərinə "Şou+" verilişində cavab verib.

O deyib ki, bəstəni xalq artisti Aygün Kazımovanın ifasında eşidəndə ağlayıb:

""Biletini alma" sifarişlə yazılmamışdı. Ramal zəng etdi ki, belə mahnı var, səni hiss edib yazmışam. Görüşdük, maşında qulaq asdım və ilk dəfədən oxudum. Sözləri hazır formada kağızda idi. O dərəcədə xoşuma gəldi ki, gözlərim dolmuşdu.

Qiymət baxımdan razılaşmadıq. Ramal bahalı bəstəkardır, gücüm çatmadı. Mahnını Aygün Kazımovanın oxuduğunu bilmirdim. Düşünürdüm ki, hələ bəstə heç kimə verilməyib. Bir gün gözləmədiyim halda Aygün xanımın ifasında mahnını eşitdim. Bəstə o qədər doğma idi ki, ona qulaq asanda ağladım".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.