Şou-biznes

Azərbaycanlı rəqqasənin 8 min avroluq libası - FOTO

2 Aprel 2014 14:24
7 Şərh     Baxış: 2 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oriental rəqqasə Aytən rəqs libaslarının qiymətini açıqlayıb

Milli.Az xəbər verir ki, o, axşam.az-ın müxbirilə söhbətində bədxərc olduğunu və qazandığı pulların əksəriyyətini libaslarına sərf etdiyini bildirib:

"Brend geyimlərə üstünlük verirəm. Ən çox pulu rəqs paltarlarıma xərcləyirəm. Qarderobumdakı ən ucuz geyimimi min avroya almışam. Bahalı üç-dörd libasım var ki, hərəsinə 8 min avro ödəmişəm. Paltarlarım çox baha başa gəlir. Çünki parçalarını xaricdən gətizdirirəm. Pələng dərisi formasında bir libasımın parçasını İtaliyadan sifariş etmişəm.

Geyimlərimdə Svarovski qaşlardan istifadə edilir. Tüllər isə sırf dərimin rəngində olmalıdır. Buna görə də mən onlara çox pul verirəm. Ən bahalı səhnə libaslarımdan birini də mənə türkiyəli həmkarım Asena (türkiyəli rəqqasə) hədiyyə edib".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.