Şou-biznes

Əməkdar artist Ramal İsrafilovdan icazə istəyir

2 Aprel 2014 14:56
2 Şərh     Baxış: 1 249
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Son zamanlar ən qalmaqallı mahnıya çevrilən "Biletini alma"nı əməkdar artist Elza Seyidcahan da oxumaq istəyir
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni "Şou+" verilişinə açıqlamasında bəstənin müəllifi Ramal İsrafilov icazə verəcəyi təqdirdə onu səsləndirmək arzusunu dilə gətirib.

O, eyni zamanda R.İsrafilovu "Aygün Kazımovanın bu mahnını ifa etməsi məni qane etmədi" sözlərinə görə qınayıb:

"Əgər Ramal "hə" desə, "Biletini alma"nı oxuyaram. Səsləndirilməli mahnılarım çoxdur. Bu da onlardan biri olar. Amma bu o demək deyil ki, kiminsə ifasını bəyənmirəm. Hər kəs bu bəstəni özünəməxsus tərzdə oxuyub. Kiminsə ifasını pisləmək, qalmaqal, dava-dalaş etmək lazım deyil. Hərənin özünə görə adı var".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.