Şou-biznes

Şou-biznesdə yeni qalmaqal yaşanır?

2 Aprel 2014 11:42
2 Şərh     Baxış: 1 732
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Şou-biznesdə növbəti söz-söhbət əməkdar artist Cavanşir Məmmədovla meyxanaçı Ehtiram və İntiqam qardaşları arasında yaşanıb
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni "Şou+" verilişinə müsahibəsində meyxanaçıları geyim tərzlərinə fikir verməməkdə ittiham edib:

"Meyxanaçılar geyimlərinə diqqət etməlidirlər. Səliqə-səhman olmalıdır. Efirə kəpənək və ya adi qalstuk taxıb çıxsalar, daha yaxşı olar. Saç düzümlərinə fikir versinlər".

Əməkdar artistin bu sözlərinə qardaşlardan sərt cavab gəlib:

"Müstəqil dövlətdə yaşayırıq. Hər kəs öz fikrini deyə bilər. Meyxana qədim adətimiz, folklor sənətimizdir. Bəli, meyxana deyən efirə çıxarkən geyiminə fikir verməlidir. Amma meyxanaçı saç saxlamalı deyil ki... Eləsinə heç meyxanaçı kimi də baxmazlar. Onun fikirlərini qəbul etmirik. Sırf azərbaycanlı kişisi necə olmalıdırsa, meyxanaçı da o cür geyinməlidir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.