"Teleaparıcı İlham Mirzəyev bu gün səhər saatlarında xəstəxanaya yerləşdirilib. Buna görə də məhkəmədə iştirak edə bilmir".
Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə dünən məlumatı Yasamal rayon Məhkəməsində İlham Mirzəyevin şikayəti əsasında həbs olunan Asif Əliyevin cinayət işi üzrə keçirilən prosesə sədrlik edən hakim Ayaz Məmmədov deyib.
Onun sözlərinə görə, teleaparıcı dünən səhər saatlarında xəstəxanaya aparılıb: "Bu gün İlham Mirzəyevin sürücüsü bizə zəng edib. Sən demə, onun sürücüsü də var imiş. Sürücüsü İlham Mirzəyevin xəstəxanaya aparıldığını və hal-hazırda həkim müayinəsindən keçirildiyini bildirib. Buna görə də İlham Mirzəyev məhkəməyə gələ bilməyib".
Hakim teleaparıcının vəkillərinin hansı səbəbdən məhkəmədə iştirak etmədiyini deməyib. Onun sözlərinə görə, İlham Mirzəyevin iştirakı olmadan məhkəmənin davam etdirilməsi mümkün deyil. Asif Əliyevin vəkili Cavanşir Süleymanov deyib ki, növbəti məhkəmə iclasında da İlham Mirzəyev başqa bir yalan uyduracaq və buna görə də məhkəmə yenə də təxirə salınacaq.
İlham Mirzəyevin məhkəməyə gəlməməsi ilə bağlı fikirlərə hakimin mövqeyi sərt olub: "Bizə İlham Mirzəyev lazım deyil. Onun iştirakı olmadan da məhkəmənin davam etdirilməsi mümkündür. İlham Mirzəyevin vəkilləri prosesdə iştirak etsə, kifayət edər. Onun vəkilləri iştirak etməsə də, prokuror çıxışını edəcək".
Məhkəmə iclası aprelin 3-nə təyin olunub.
Qeyd edək ki, martın 14-də keçirilən prosesdə çıxış edən Asif Əliyevin vəkili Abuzər Mütəllimov İlham Mirzəyevin xəstəliyi və xəstəxanalarda xərclədiyi pullarla bağlı bəzi açıqlamalar vermişdi. Vəkil qeyd etmişdi ki, İham Mirzəyevin müalicəsi ilə bağlı məhkəməyə təqdim etdiyi xəstəxana qəbzlərinin Asif Əliyevin cinayət işinə hər hansı bir adiyyatı yoxdur: "Cinayət işinə həmçinin İlham Mirzəyevin "Planeta" firmasından ayrı-ayrı medikamentlərin, o cümlədən kişi və qadınlarda cinsiyyət sisteminin funksional pozğunluqlarına, kişi və qadınlarda klimaksın müalicəsi, seksual zəiflik, qəbizlik, piylənmə, prostatit, ishal, itdirsəyi, ekzema və başqa xəstəliklərdən müalicə olunmaq üçün dərmanların alınması barədə rus dilində sənədlər əlavə edilib. Hesab edirik ki, qeyd olunan bütün xəstəliklərin işə hər hansı bir aidiyyatı yoxdur. İlham Mirzəyevin bu xəstəliklərilə bağlı Asif Əliyevə hər hansı ittiham verilməyib".
Milli.Az
Şou-biznes
Teleaparıcı İlham Mirzəyev xəstəxanaya yerləşdirildi
1 Aprel 2014 00:31
3 Şərh
Baxış: 10 648
DİGƏR XƏBƏRLƏR
- Keçmiş həyat yoldaşı toya XANIMI İLƏ GƏLDİ - Afətin reaksiyası DİQQƏT ÇƏKDİ - FOTOlar
- Gülşad Baxşıyeva arxiv FOTOlarını paylaşdı
- 11 ildən sonra bir arada - FOTOlar
- Alsu və əri məhkəmədə razılığa gələ bilmədilər - VİDEO
- Obrazları özlərindən daha çox məşhurlaşan ulduzlar - FOTOlar
- "Şadam ki, qardaşım artıq əziyyət çəkmir" - Madonna
XƏBƏR LENTİ
- Bakıda "Land Rover" yeniyetməni vuraraq öldürdü
- Sumqayıtda qaynı 33 yaşlı qadını bıçaqladı
- Bətnindəki körpənin cinsiyyəti qız olduğuna görə hamilə qadını döyərək uşağı tələf etdilər - VİDEO
- Millimiz autsayderlə üz-üzə
- “İranın əlində Amerika qanı var” - Harris
- Keçmiş həyat yoldaşı toya XANIMI İLƏ GƏLDİ - Afətin reaksiyası DİQQƏT ÇƏKDİ - FOTOlar
- Əgər övladınız oğlan gedib, qız qayıdırsa... - Tramp
- Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTOlar
- Rodrini həmyerlisi əvəz edə bilər
- Nüvə dövlətindən İsrailə xəbərdarlıq: Bu, təhdiddir!
- ABŞ böyük qasırğaya hazırlaşır - Əhali təxliyə olunur
- Cokoviçdən çinli azarkeşlərə üzrxahlıq
- Markdan həyat yoldaşına unikal hədiyyə - FOTOlar
- “Narahat olma, qızın etibarlı əllərdədir...”
- Azərbaycanda məktəbli anasını 195 bıçaq zərbəsi ilə öldürüb - DETALLAR - FOTOlar
- Ermənistan Cənubi Koreyadan tank almaq istəyir
- Ten Haq "Mançester Yunayted"i tərk edib
- Gülşad Baxşıyeva arxiv FOTOlarını paylaşdı
- Doğma yurdumda yaşamaq mənim üçün fəxrdir - Rafiq Hüseynov
- 11 ildən sonra bir arada - FOTOlar
- Səbirsizliklə gözlədiyim günün gəlib çatdığına sevinirəm - Şuşa sakin
- Vatsapda daha bir - Yenilik
- Alsu və əri məhkəmədə razılığa gələ bilmədilər - VİDEO
- Daha 16 ailə Şuşaya qayıdır - FOTOlar