Şou-biznes

Xalq artisti: "Şou-biznesin yeri boş qalıb"

31 Mart 2014 17:05
1 Şərh     Baxış: 2 065
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
 Xalq artisti Mübariz Tağıyev ANS telekanalında yayımlanan "Günəbaxan" verilişinin qonağı olub
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni sənət aləmində boşluğun yaranmasından şikayətlənib.

"Onu tarazlaşdırmaq lazımdır. Bu aləmi çox dahilər tərk etdi. Onların yerini dolduracaq ifaçılarımız yetişmir. Hərdən ümid edirik ki, keçid dövrüdür, məsələlər həllini tapacaq, amma zaman keçir və heç nə dəyişmir. Bizdən sonra gələn yeni nəsil yerimizi tutmalıdır.

Amma heç biri dahilərin yerini tutacaq qədər istedadlı deyil. Biri əlinə violençeli alıb ifa edir. Bu yekə alət kimə lazımdır? Heç vaxt dəbdən düşməyən milli alətlərimizdən niyə istifadə olunmur? Başa düşmürlər ki, onlar heç zaman yaddaşlardan silinməyəcək" - deyə M.Tağıyev bildirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.