Şou-biznes

Nadir Qafarzadə: "Hüseyn ölüb, cəhənnəmə, qara gora ölüb, böyük iş olub?" - FOTO

31 Mart 2014 13:11
137 Şərh     Baxış: 34 094
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hüseyn Dərya cəhənnəmə ölüb, qara gora ölüb. Böyük iş olub?"

 "Axar.az" xəbər verir ki, bu sözləri Nadir Qafarzadə öz "İnstagram" səhfəsində Hüseyn Dəryanın ölümüylə bağlı paylaşılan şəklə münasibət bildirərkən yazıb:

"Birincisi, ölüb, cəhənnəmə, qara gora ölüb, böyük iş olub? Gedin qara geyinin, yas saxlayın. Sağ olanda haradaydınız, küçələrdə qalanda, dilənəndə, döyüləndə, ac qalanda? İndi əziz oldu?"

Məsələylə bağlı Nadir Qafarzadə ilə əlaqə saxlamağa çalışdıq. Zəngimizə  müğənninin köməkçisi olduğunu bildirən Ruslan bəy cavab verərək Nadir Qafarzadənin ölkədə olmadığını, bu barədə açıqlama verə bilməyəcəyini söylədi.

Qalmaqala səbəb olacaq şəkil Hüseyn Dəryanın fanatlarının onun adına açdıqları səhifədə paylaşılıb. Nadir Qafarzadə isə həmin şəkli öz səhifəsində dərc edib və şəklin altında Hüseyn Dərya haqqında həmin sözləri yazıb.

Xatırladaq ki, H.Dərya fanatlarının müğənniyə qarşı sərt reaksiya göstərməsindən sonra N.Qafarzadə bu fotonu "İnstagram" sosial şəbəkəsindəki hesabından silib.

Həmin fotonu təqdim edirik.

Milli.Az


Böyütmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.