Şou-biznes

"Eurovision-2014" təmsilçimiz "Sarı gəlin"i ukraynalılara bu cür sevdirdi - VİDEO

31 Mart 2014 13:05
Baxış: 2 795
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu il Azərbaycanı "Eurovision-2014"-də təmsil edəcək müğənnimiz Ukraynanı təəccübləndirib
Milli.Az xəbər verir ki, "Eurovision-2014"-də Azərbaycanı təmsil edəcək müğənni Dilarə Kazımova "Qolos Ukrainı" verilişində münsiflər və tamaşaçılar tərəfindən alqış qazanıb.

Səhnədə "Okean Elzı" qrupunun "Bez boyu" (Savaşsız) adlı mahnısını ifa edən müğənni bir çoxlarına qeyri-adi gəlsə də, çox sevilib. Münsiflərdən tərif və tənqid alan müğənnidən daha bir mahnı istəyiblər, amma bu dəfə öz dilimizdə.

Münsiflərin xahişini yerə salmayan Dilarə xalq mahnısı olan "Sarı gəlin"in bir parçasını ifa edəndən sonra hər kəs onu alqışlayıb.

Onu da nəzərinizə çatdıraq ki, münsiflərdən Dilarə Kazımovanı elə "Okean Elzı" qrupunun solisti Svyatoslav Vakarçuk seçərək öz qrupuna daxil edib.

Ceyhun Ələkbərov
Milli.Az


Videonu izləmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.