Şou-biznes

Xalq artisti kimi axmaq, avara adlandırdı? - FOTO

1 Aprel 2014 00:03
9 Şərh     Baxış: 2 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Brilliant  Dadaşova kimi boykot edir?

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkələrin birindəki səhifəsində  fanatlarına müraciət edib. Müğənnini özündən çıxaran kiminsə onun adından İnstagram hesabı açaraq insanları aldatması olub.

Belə ki, bir neçə müddət əvvəl açılan İnstagram hesabında qeyri-müəyyən şəxs müğənninin adından istifadə edərək digər şou-biznes nümayəndələrinə rəylər bildirir. Bununla bağlı sənətkar xanım Facebook dostlarına üzünü tutaraq bunları söyləyib:

"Əziz Facebook dostlarım. Hansısa axmağın, avaranın birisi mənim adımdan İnstagram profili açıb. Xahiş edirəm, bunu ciddi qəbul etməyəsiz. Hətta imkanınız olsa, həmin profili boykot edin".

Hazırda İstanbulda albom üzərində çalışan xanım Dadaşova bununla bərabər yeni saç düzümündə paylaşdığı fotoları ilə diqqəti çəkib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.