Şou-biznes

Aygün Kazımovanın qızı soyadını dəyişdi - VİDEO

2 Avqust 2013 09:30
3 Şərh     Baxış: 11 639
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bu dəfə İlqarə danışacaq...

Milli.Az xəbər verir ki, istirahət bilmədən çalışıb, hər həftə tamaşaçıları "Rəngarəng" verilişini izləməyə sövq edən "AZ" komandası yenə də fərqli proqramla görüşünüzə gələcək.


Avqustun 2-si saat 21:00-da Lider TV-də yayımlanacaq buraxılışda xalq artisti Aygün Kazımovanın yay konsertində baş verən hadisələr çözələnəcək.


Ən maraqlısı ondadır ki, mediadan maksimum uzaq gəzib-dolaşan ulduz qızı İlqarə İbrahimova bu dəfə öz istəyi ilə "Rəngarəng"in mikrofonuna etiraflar edib.


Rejissoru Aynurə Səmədova, aparıcısı Zaur Nəbioğlu olan verilişdə İlqarə soyadını nə üçün dəyişdiyindən danışacaq...

O nə səbəbdən belə addım atıb? Bilmədiyimiz hansı gerçəklər onu soyadını dəyişməyə vadar edib?

Bu və digər suallarına cavab tapmaq istəyənlər bu axşam Lider TV-nin efirini mütləq izləməyə çalışsınlar.
 

Onu da qeyd edək ki, "Aygünlü gecə" aşıq Əlinin qonaq olduğu "Rəngarəng"də xüsusi reportaj kimi yayımlanacaq.


Verilişin informasiya dəstəyi Milli.Az-a məxsusdur.
 

Şahin Cavadsoy

Milli.Az


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.