Şou-biznes

Röya Ayxan 31 yaşını qeyd edir - FOTOSESSİYA

14 İyun 2013 01:00
0 Şərh     Baxış: 9 160
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Milli.Az-ın məlumatına görə, iyunun 14-də Azərbaycan estradasının tanınmış simalarından biri Röya Ayxanın 31 yaşı tamam olur.

Bu günlərdə "Şou-biznesin  kraliçası" titulunu qazanan Röya haqqında maraqlı məlumatları oxucularımıza təqdim edirik.

Röya Ayxan 1982-ci il iyun ayının 14-nə doğulub.

O, Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub.

İlk dəfə tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Vaqif Gərayzadənin "W-trio" qrupunda solistlərdən biri kimi səhnəyə gəlib. Qrupdan ayrıldıqdan sonra solo fəaliyyətə  başlayıb.

2005-ci ildə Heydər Əliyev Sarayında "Bu gecə" adlı ilk solo konserti olub. 2006-cı ildə 3 gün yenidən həmin sarayda "Darıxmışam" adlı solo konsert verib. 2006-cı il sentyabr ayının 15-də Şəfa stadionunda və nəhayət sentyabr ayının 22-də Milli Parkda solo konsert verib.

2005-ci ildə Yalta şəhərində keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində "Tamaşaçı simpatiyası" nominasiyası üzrə laureat olub.

Röyanın işıq üzü görən kliplərindən "Röyan Olum", "Söylə", "Darıxmışam", "Qatar", "Bilərsənmi", "Qovuşmaz yolumuz", "Gəl Danış", "Cücə", "Nazlı", "Aldatma", "Sənə görə", "Göndər" və s. misal çəkmək olar.

Röya Ayxan 2010-cu ildə Azərbaycanın bir çox şəhərlərində, o cümlədən cəbhə bölgəsinin bir sıra rayon və qəsəbələrində "Doğma Diyar" adlı konsert proqramı ilə çıxışlar etdi. Layihəsi Qubada başlayıb və sonra Qəbələ, Göyçay, Mingəçevir, Zaqatala, Qazax, Tovuz, Ağdam, Füzuli, Yevlax, Gəncə, Lənkəran, Sumqayıt şəhərlərində baş tutdu. 7 dekabr 2010 tarixində sevilən müğənnilər Röya və Zamiq "Doğma" Diyar lahiyəsinə möhtəşəm sonluq veriblər.

Ötən ilin sonlarına yaxın o, söz və musiqisi məşhur türk ifaçısı Soner Sarıkabadayıya məxsus olan "Göndər" adlı mahnısı ilə bütün Türkiyəyə səs saldı.

Mahnısını kliplə birlikdə üzə çıxaran ulduz, qardaş ölkədə parlamaq istəyini yetərincə gerçəkləşdirdi.

İş adamı Anar Cəlilovla evli olan estrada ulduzu 25 oktyabr 2009-cu ildə ana olub. Onun oğluna yaraşdırdığı ad Hüseyndir.

Röya doğum günündə özünə Fransada "Taksi" filminin qəhrəmanı Sami Naseri ilə çəkildiyi klipini hədiyyə edəcək. "Günahsız günahım" adlı mahnısını peşəkar komandaya etibar edən müğənni təqdimatı ATV-də Nanə Ağamalıyevanın aparıcısı olduğu "Gün keçir" verilişində edəcək.

Onun axşam saatlarında dostlarının əhatəsində doğum günü məclisi təşkil edib-etməyəci, hələ ki, tam açıqlanmır.

Şahin Cavadsoy
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.















































Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.