Mətanətin mühafizəçisi jurnalistləri hədələyib, qovdu : "Elə etməyin ki, sizi..." - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müğənni Mətanət Əsədova ad günündə müxbirlərin məclisə daxil olmasını qadağan edib.
Milli.Az xəbər verir ki, bu barədə aparıcı Zümrüd Bədəlova "Gün ortası" verilişində deyib. O, vurğulayıb ki, müğənninin mühafizəçiləri qarlı gündə ad gününü işıqlandırmağa gələn media nümayəndələrinə hörmətsizlik edib:

"Mətanət xanım yaxşı ifaçıdır. Amma şəxsi münasibətlər efirə təsir etməməlidir. Burada iki variant var: Ya onun mühafizənin davranışından xəbəri yoxdur, ya da ona zəng ediblər, Mətanət də deyib ki, bu barədə məni heç kim yığmasın. Sizdən ad günü libasınızda kamera qarşısına keçib bircə kəlmə təbrik alıb, özünüzə nə arzulayırsınız ondan danışacaqdınız. Müxbirlərin içəri girilməyinə icazə verilmirsə, həmin hüquqları qoruyuruq. Əgər "olmaz" kəlməsini deyirsinizsə, onsuz kamera içəri keçmir. Başqa vaxt xarici jurnalistlərə, elə qardaş Türkiyədəkilərə həsəd aparırıq ki, nə yaxşı hər şeyi vaxtında görüb çəkirlər. Bəs, biz də gəlmişdik də.
ATV-dən iki verilişin və digər kanalların müxbirləri orada idi. Ən azından o qarlı havada aşağı düşüb onları qarşılamaq lazım idi. Amma sizin mühafizəçiniz müxbirimizə deyib ki, "o biriləri çölə atdırdım, elə etməyin ki, sizi də atım". Sanki bu insanlar onun üçün nədir? Söhbət mətbuatdan gedir. Atdırıb nə edəcəksiniz? Biz sizi üzünüzü göstərib ifşa da edə bilərik. Amma etika qaydalarına zidd olduğu üçün bunu etmirik. Mətanət xanım, mətbuat sizi sevir və sadəcə həmin gün yanınızda olmaq istədi. Mətbuata qarşı belə davranış qətiyyən olmaz. Bilirsiniz, ən düzgün davranış nə olmalı idi? Bircə kəlmə deyərdiniz ki, kameraları söndürün, gəlin içəridə əyləşin, yeyin-için. Heç müxbirlər onu da etməyəcəkdilər. Çünki müxbirlər mədəniyyətlərini qoruyurlar. Ən azı foyedə açıqlama verərdiniz.
Bu, mətbuata qarşı olan böyük hörmətsizlikdir. Bu günə qədər bir çox konsertlərdə mühafizəçilərin belə davranışını görmüşük. Onların davranışı birbaşa sizə dəlalət edir. İndi deyəcəksiniz ki, xəbərim olmayıb, halbuki olmalı idi. Xəbəriniz yoxdursa, mən deyim, bilin. Mühafizəniz o qarda, çovğunda gələn gənclərimizə, mətbuat içşilərinə, ağır kameralı operatorlara, o qarlı yolda gələn sürücüyə hörmətsizlik edib. Hörmətiniz bura qədər imiş. Bunu bildik, amma gözləməzdik. Televiziya, mətbuat sayəsində tanınıb, ulduz olub, sonra da onlara belə etmək olmaz". (axsam.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zaur Baxşəliyev: "Çantanı başıma necə vurdusa..."
-
İbrahim Borçalı: “Dərddən şəkərim qalxdı”
-
2 məşhur azərbaycanlı müğənninin birgə uşaqlıq Fotosu
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)
-
"Ən bahalı müğənnisən, sənin yerinə utandım" - Rəvan Bağırov
XƏBƏR LENTİ
-
Zaur Baxşəliyev: "Çantanı başıma necə vurdusa..."
-
Bu ölkədə işə bir saatdan gec çatanlar 40 faiz artıq maaş alır
-
Evinizdə belə əsginas varsa, diqqətli olun - Qiyməti 1 000 manatı keçir - (Foto)
-
İbrahim Borçalı: “Dərddən şəkərim qalxdı”
-
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
-
2 məşhur azərbaycanlı müğənninin birgə uşaqlıq Fotosu
-
İsveçdə Quranı yandıran belə cəzalandırıldı
-
Apple dünyanın ən bahalı şirkəti oldu
-
Polşada gərginlik pik həddə - Prezident təcili iclas çağırdı
-
"Qalatasaray" böyük hesabla qələbə qazandı
-
Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər (Foto-Video)
-
Qaralmış gümüşü ovmadan təmizləyən üsul
-
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
-
Bəy şadlıq sarayına çatmamış yuxuya getdi – (Video)
-
Üç bürc üçün çox xoşbəxt dövr başlayır
-
Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar
-
Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
-
Türkiyədə cütlük boşanma qərarını möhtəşəm parti ilə elan etdi (Video)
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)
-
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
-
Binanın ehtiyat çıxışılarını bağlayıb obyektə çevirirlər? - (Video)
-
"Ən bahalı müğənnisən, sənin yerinə utandım" - Rəvan Bağırov
-
Polşada baş nazir polis alayını məhkəməyə yeritdi, Prezident təcili geri qayıtdı - (Video)





