Şou-biznes

"Əvvəl toya kəllə qənd aparardılar, indi 5 mərtəbəli plastmas tort gətirirlər"

12 Yanvar 2025 16:41
Baxış: 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əvvəl bilirdin ki, bir nişan üzüyü var idi. Ona bəxt üzüyü deyirdilər. Oğlanın və qızın barmağına taxardılar, vəssalam. İndi həri, nişan üzüyü, toyda taxılan başqa bir üzük. Üstəgəl də komplekt zinət əşyası öz yerində. Minimum 3 üzük taxırlar. Son vaxtlar bu adətlər haradan peyda olur?".

Milli.Az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Xəbər ertəsi" proqramında deyib. O, bəzi toy adətlərinin sonradan gəldiyini deyib:

"Toyda tort mərasimi. Əvvəllər toya kəllə qənd aparardılar, onu qırıb paylayardılar. Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər. Bu adət bizə haradan gəldi? Toylarımızdakı şərbət şəlalasi, bəlkə də gözəl görünür. Amma 1990-2000-ci illərdə belə şeylər yox idi, sonradan gəldi. Sonradan gələn çox adətlər var, amma elələri də var ki, artıq gedib". /Axşam.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.