Şou-biznes

Bu dəfə onun adından dələduzluq etdilər - FOTO

29 Dekabr 2024 14:50
Baxış: 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Zümrüd Bədəlovanın adından dələduzluq edilib. 

Milli.Az xəbər verir ki, tanımadığı şəxs onun adından dostlarına yazaraq pul istəyib. Həmin görüntüləri yayımlayan Zümrüd bunları yazıb:

"Bu dələduzun nömrəsi ilə tapılmağını istəyirəm. Adı Mürsəl Sadıqovdur. Bu dələduzların əlindən necə yaşayaq. Mənim adımdan yazan heç kimə inanmayın. Görəsən, bu dələduzluq nə zaman bitəcək? Allah bəlanızı versin. Heyif ki, sizin kimi adamlar yaşayır".

Qeyd edək ki, bundan əvvəl Əməkdar artist Sənubər İsgəndərlinin, rəqqasə Rəna Ağamuradova (Renka), aparıcı Mətanət Əliverdiyeva, İlkin Həsəni, aktrisa Pərvin Abıyevanın da başına bənzər hadisə gəlib. /Axşam.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.