Şou-biznes

Aparıcının qorxu dolu anları: "Binanın qarşısında şizofreniya xəstəsi var, çölə çıxa bilmirəm" - FOTOlar

24 Dekabr 2024 19:59
Baxış: 971
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli aparıcı Ela Rümeysa Cebeci diqqət çəkən paylaşım edib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, tanımadığı bir kişinin onu narahat etdiyini və bu səbəbdən çarəsiz vəziyyətdə qaldığını bildirib.

Cebeci sosial media hesabında yayımladığı videoda həmin şəxslə müxbir və operatorun söhbət etdiyi anlar yer alıb.

"Binanın qarşısında mənimlə evlənəcəyini deyən bir şəxs var. Çölə çıxa bilmirəm. Təəssüf ki, qanundakı boşluqlar səbəbindən bu vəziyyətə müdaxilə edə bilmirik. Bu, qəbuledilməz bir çarəsizlikdir. Biz qadınlar bu cür çarəsizliklərə məhkum edilə bilmərik", - deyə aparıcı vurğulayıb.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.