Türkiyəli aparıcı Ela Rümeysa Cebeci diqqət çəkən paylaşım edib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, tanımadığı bir kişinin onu narahat etdiyini və bu səbəbdən çarəsiz vəziyyətdə qaldığını bildirib.
Cebeci sosial media hesabında yayımladığı videoda həmin şəxslə müxbir və operatorun söhbət etdiyi anlar yer alıb.
"Binanın qarşısında mənimlə evlənəcəyini deyən bir şəxs var. Çölə çıxa bilmirəm. Təəssüf ki, qanundakı boşluqlar səbəbindən bu vəziyyətə müdaxilə edə bilmirik. Bu, qəbuledilməz bir çarəsizlikdir. Biz qadınlar bu cür çarəsizliklərə məhkum edilə bilmərik", - deyə aparıcı vurğulayıb.
Fidan
Milli.Az