Şou-biznes

Zaur Kamalın oğlu: Universitetdə gəzə bilmirəm, deyirlər ki... - VİDEO

26 Sentyabr 2024 14:38
Baxış: 4 116
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Televiziya aparıcısı Zaur Kamal yenicə universitetə daxil olan oğlu Bartudan danışıb. Oğlunu da özü ilə birgə "Həmin Zaur" proqramına çıxaran aparıcı övladının ictimai nəqliyyatdan istifadə etdiyini deyib:

"Bartu efirə çıxıb gəlib evdə deyir ki, ata, mən universitetdə gəzə bilmirəm. Universitetdə deyirlər ki, Zaur Kamalın oğlu da metro ilə gəlib-gedər?"

Milli.Az yenisabah.az-a istinadən bildirir ki, Bartu Kamal isə cavabında sadə insan olduğunu bildirib:

"Mən də deyirəm ki, biz də insanıq. Metro yaxşıdır, tıxac-filan olmur. Ayrı-seçkilik olmaz, hamımız sadə insanlarıq".

Qeyd edək ki, teleaparıcının övladı bu il Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. O, atası kimi televiziya aparıcısı olmaq niyətindədir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.