Şou-biznes

"Ad günü"ndə İlhamə Quliyevanın məzarına TACLI ƏKLİL göndərdi - VİDEO

18 Avqust 2024 09:43
Baxış: 1 185
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Produser-aparıcı Tarix Əliyev atdığı addımla gündəmə gəlib.

Milli.Az xəbər verir ki, mərhum sənətkar, Xalq artisti İlhamə Quliyevanı doğum günündə yada salan Tolikin onun məzarı üstə göndərdiyi taclı əklil diqqət çəkib.

Müğənninin ruhuna yasin oxutduran aparıcı hisslərini bu sözlərlə ifadə edib:

"Yaşasaydın, 81 yaşın tamam olacaqdı. Ad günü keçirməsəydin belə, yaşadığın ünvana yüzlərlə güllər, hədiyyələr gələcəkdi. Bütün instaqramda olan şou-biznes əhli səni əsas səhifələrində təbrik edəcəkdilər.

Çünki sən əsas fiqur idin. Sənətin də, sözün də hamı üçün keçərli idi. Sən getdin bəzilərinin qapıları, bəzilərinin də dili açıldı. Amma heç kəs İlhamə Quliyeva ola bilmədi.

Tacı da əbəs yerə əklilinin üstünə qoymadım. Səndən sonra heç kim o tacı daşıya bilmədi.

Allah sənə rəhmət eləsin, sənətkar!".

Hüseyn 
Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.