Şou-biznes

"O 5 manatı 50 min kimi qəbul etdim"

10 Avqust 2024 09:25
Baxış: 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Elgiz Əkbər pandemiya dövründəki çətin anlarından danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı xəstə olduğu zaman müğənni Elnar Xəlilovun ona 5 manatlıq kontur göndərdiyini bildirib: 

"Pandemiya vaxtı koronavirusa yoluxmuşdum, xəstə vəziyyətdə yatırdım. Hər dəqiqə ölənləri aparırdılar. Onlara baxıb, depressiyaya düşürdüm. Bir də gördüm ki, müğənni Elnar Xəlilov zəng edir. Mənə dedi ki, "İndi sənə kontur göndərəcəyəm". Bir az keçdi və mesaj yazdı ki, "Tələsmirsən? Çıxan kimi göndərəcəyəm". Dedim ki, göndərsən də sağ ol, göndərməsən də. Bir az keçdi və 5 manatlıq kontur gəldi. Mən o 5 manatı 50 min kimi qəbul etdim. Çünki, yaxşısı odur ki, var. Amma pisi odur ki, yoxdur. Mənim yerimə başqası olsaydı, əsəbiləşərdi ki, 5 manatlıq kontur nədir? Hər bir halda xəstə olan insana vacib olan diqqətdir".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.