Şou-biznes

Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur

26 Aprel 2024 22:55
Baxış: 835
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Talıb Tale ailə qurmağa hazırlaşır.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu barədə 43 yaşlı ifaçı "Rəngarəng səhər" verilişində danışıb.

Talıb evlənməyə hazırlaşdığı xanımın ondan 15 yaş kiçik olduğunu bildirib:

"Öz seçimimdir. Kifayət qədər ağıllı və ciddi addım atmışam. Bilirəm ki, peşman deyiləm. Hər şey yaxşıdır. Seçdiyim xanım ürəyimə yatıb. Aramızda 15 yaş fərq var".

O, toyunun mayda olacağı haqda suala isə "Tarix dəvətnamə paylananda bilinəcək. Lazım gələrsə, özüm açıqlayacağam" cavabını verib.

Qeyd edək ki, Talıb Tale iki dəfə nişanını qaytarıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.