Alla Puqaçova sükutu pozdu: "Quduz, şəxsiyyətsiz insanları.." - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bir dəstə quduz, şəxsiyyətsiz, paxıl insanları və böhtançıları izləmək gülməli və kədərlidir. Sən çox gülməlisən! Yeri gəlmişkən, mən sizə qul, rəfiqə dedim, xalqın bununla heç bir əlaqəsi yoxdur, onlar indiki vəziyyətin girovudurlar".
Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri Rusiyanın Xalq artisti Alla Puqaçova sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.
Uzun zamandır səssizliyə qapılan 69 yaşlı sənətkar ətrafında gəzib dolaşan bütün şayiələrə açıqlaması ilə son qoyub.
Puqaçova həyat yoldaşı yumorist Maksim Qalkinlə ayrıldığı xəbərlərini və eyni zamanda cəmiyyətdə ona qarayaxma kompaniyası aparan şəxsləri sərt şəkildə tənqid edib:
"Mən onu sevirəm və yazığım gəlir, siz isə mənə ünvanladığınız boşboğaz ifadələrinizlə, absurd uydurmalarınızla, açıq-saçıq yalanlarınızla ömrüm boyu yaşayıb, oxuduğum insanları məndən uzaqlaşdırmağa çalışırsınız, hansı ki onlara görə sağlamlığımı və şəxsi həyatımı qurban vermişəm. Nə qədər çalışsanız da, uğur qazana bilməyəcəksiniz. Buna görə enerjinizi və pulunuzu məni məhv etmək və ya həyatımı və işimi dəyərsizləşdirmək üçün faydasız cəhdlərə sərf etməyin. Milyonlarla pərəstişkarlardan ibarət ordum mənə xəyanət etməyəcək! Mən missiyamı tamamladım, uzun müddət mahnı oxumuram və kainat mənim taleyimə nəzarət edir. Başımdakı tükləri də saymağa ehtiyac yoxdur (Çernobıldan sonra - sağ olun, heç olmasa bir şey qalıb). Yorğun səsim hələ də səslənir, nəzərə alsaq ki, yarım əsrdir ki, xəstəliyə rəğmən, sevimli izləyicilərimin yanına qaçmışam və onları sevindirmək üçün hər şeyi etmişəm. Ayaqlar gəzir, gözlər görür, qulaqlar eşidir. Mənim pulumu sayırsınız? Bəli, mən çox çalışdım, qazandım, ən gözəl saatlarını qaçırıb içənlərdən və Alla Puqaçovanın oksigenini kəsdiyini sübuta yetirmədən iddia edənlərdən fərqli olaraq.
Nə qədər rahatdır, elə deyilmi? Və pul xoşbəxtliyi almır. Azadlıq əsas sərvətdir. Mən isə bunu öz içimdə əziz tuturam, bununla yaşayıram və işığın qaranlığa, xeyirin şər üzərində, həqiqətin böhtan üzərində qələbəsinə qədər yaşamağa çalışacağam. Həyatımıza davam edək!"
Qeyd edək ki, Ukraynada Rusiya hərbi xüsusi əməliyyatı başlayandan sonra Alla Puqaçova və Maksim Qalkin övladları ilə birlikdə İsrailə köçüblər. Ailənin bu addımı isə Rusiyada tənqidlə qarşılanıb.
İsrail və Fələstin arasında münaqişə pik həddə çatdıqda isə cütlük əvvəlcə İsraili dəstəkləyib, lakin təhlükəsizliklərini qorumaq məqsədi ilə ölkəni tərk ediblər. Puqaçova və uşaqları Kiprə uçub. Maksim Qalkin isə həmin vaxt qastrol səfərinə yollanıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Nəsrindən toy sonrası ilk AÇIQLAMA
-
"Cabir ölümünü hiss edirdi"
-
“Geceqondu uşağıyam, ağzımda gümüş qaşıqla doğulmamışam” - FOTO
-
Gündüz atasını dəfn etdi, axşam səhnəyə çıxdı - VİDEO
-
53 yaşlı Hollivud ulduzunun üçüncü övladı doğuldu - FOTO
-
Əməkdar artist: "Pulqabımın qiyməti 2 min dollardan ÇOXDUR" - VİDEO
XƏBƏR LENTİ
-
3 rayonun bəzi əraziləri QAZSIZ QALACAQ
-
Nəsrindən toy sonrası ilk AÇIQLAMA
-
Geosiyasi hesablama: Xəzər Avropanın davamı kimi
-
MEDİA müsabiqə elan edir
-
Bakıda harada yoqa, pilates və dartınma ilə məşğul olmaq olar? - Yeni başlayanlar üçün icmal - VİDEO
-
Mbappe ilə Vinisius arasında nə BAŞ VERİR? - Gərginlik böyüyür
-
Pakistanda istilər nəticəsində azı 10 nəfər ölüb
-
Ceyhun Bayramov və Kaya Kallas arasında görüş keçirilir - FOTO
-
Bakıda mənzildən yaşlı qadın meyiti TAPILDI
-
"Cabir ölümünü hiss edirdi"
-
Daşqından zərər görən evlərə kompensasiya VERİLƏCƏKMİ?
-
"Baş məşqçinin Mahirlə problemi var" - Elnurə Emreli
-
Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib - FOTO
-
“Geceqondu uşağıyam, ağzımda gümüş qaşıqla doğulmamışam” - FOTO
-
97 yaşlı qadının meyiti tapıldı
-
Azərbaycanda ətin qiyməti BAHALAŞACAQ
-
"Arvadla doğuşa girən kişi nəyə lazım?"
-
Qazaxıstanda zavodda güclü partlayış: Ölənlər və yaralananlar var - VİDEO
-
“Hansısa yarışda 5-ci yeri tutsam, həmin gün karyeramı bitirəcəm”
-
Sfera.az-ın 14 yaşı tamam olur
-
Qarabağ Universitetində magistratura təhsili olacaq? - RƏSMİ
-
“Neftçi” 4 milyonluq hücumçu üçün hərəkətə keçdi
-
Gündüz atasını dəfn etdi, axşam səhnəyə çıxdı - VİDEO
-
Ayın 6-da yağış güclənəcək, dolu düşəcək - PROQNOZ





