Şou-biznes

Kırmızıgülün bu açıqlaması müzakirə yaratdı

15 Oktyabr 2023 09:27
Baxış: 1 346
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son günlər Türkiyədə səhnə alan müğənnilərə dinləyicilərin müxtəlif əşyalar atması gündəm olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni Mahsun Kırmızıgül məsələyə münasibət bildirərək bunun həmkarlarının günahı olduğunu deyib.

"Ferdi Tayfur və Zəki Müren kimi sənətçilərin başına belə hadislər gəldiyini heç eşitməmişəm. Mənim də başıma gəlməyib. Xalqa nə verirsən, onu da alırsan. Bəlkə də hələ qət etməli olduqları məsəfələr var. 1-2 albomla olacaq işlər deyil" deyə, ifaçı bildirib.

Mahsunun açıqlaması sosial media izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb və tənqid olunub.

Qeyd edək ki, Türkiyədə sonuncu dəfə müğənni Fatma Turquta səhnədə oxuyarkən çaxmaq atıblar. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.