Şou-biznes

Britni Spirs döyüldü

7 İyul 2023 16:56
Baxış: 1 071
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı müğənni Britni Spirs fransalı basketbolçu Viktor Vembanyamanın mühafizəçisi tərəfindən şiddətə məruz qalıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, idmançının mühafizəçisi Britniyə şillə vurub. Hadisə axşam saatlarında Las-Veqasdakı məşhur "Aria Resort & Casino"da baş verib. Mənbənin sözlərinə görə, Britni Spirs peşəkar idmançının pərəstişkarıdır və onunla birgə şəkil çəkdirmək istəyib. Daha sonra müğənni onun kürəyinə, sağ çiyninə sığal çəkib və mühafizəçi əlinin arxası ilə ona zərbə endirib. Britni Spirs yerə yıxılıb və ayağa qalxdıqdan sonra oradan uzaqlaşıb.

Mühafizəçi daha sonra ifaçıdan üzr istəyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.